Niyazi Parkı
Bakı, Azərbaycan

Layihə Haqqında
Niyazi Parkı tanınmış Azərbaycan bəstəkarı və dirijoru Niyazinin xatirəsinə həsr olunmuşdur. Parkın mərkəzindəki memorial kompozisiya ətrafında mədəni-istirahət məkanları, fontanlar, dekorativ aydınlatma elementləri və yaşıllıq zolaqları yaradılmışdır.
Layihənin bədii konsepsiyası Niyazinin musiqi irsindən ilham alaraq hazırlanmışdır. Parkdakı bütün elementlər estetik uyum içindədir, ziyarətçilərə harmonik istirahət mühiti təklif olunmuşdur.
Texniki Məlumatlar
Ümumi sahə: 5,600 m² · Fontanlar: 3 · Memorial element: 4 · Tikinti müddəti: 2023–2024




